• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bu günün tarixi - 31 avqust

Bu günün tarixi - 31 avqust

Miladi: 31 avqust 2014
Hicri: 4 Zilqədə 1435

İlin 243-cü günü
İlin sonuna 122 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.53
Günəş - 07.06
Zöhr - 13.45
Əsr - 17.57
Məğrib – 20.29
İşa – 21.51

12 — Roma İmperatoru Kaliqula, dünyaya gəlib. (ö. 41).

1422 — İngiltərə kralı V Henrix öldü. (d. 1387).

1422 — VI Henrix İngiltərə kralı oldu.

1863 - Tanınmış maarifçi, yazıçı, dramaturq Rəşid bəy Əfəndiyev (1863-1942) anadan olub. Azərbaycanda ibtidai təhsil üzrə ilk dərsliklərin - "Uşaq bağçası" ("Əlifba") və "Bəsirətülətfal" adlı qiraət kitabının müəllifidir.

1867 — fransız şair Şarl Bodler vəfat etdi. (d. 1821).

1876 — Osmanlı sultanı V Murad devrildi və onun qaradaşı II Əbdülhəmid yeni sultan elan edildi.

1897 — Tomas Edison kinetoskop adlı ilk kinoproyektora patent aldı.

1902 — azərbaycanlı maarif xadimi Səfərəli bəy Vəlibəyov vəfat edib (d. 1856).

1907 — Antantanın yaradılmasını tamamlayan İngiltərə-Çar Rusiyası sazişi imzaladı.

1945 — irlandiyalı müğənni Van Morrison anadan oldu.

1957 — Malayziya özünün Böyük Britaniyadan müstəqilliyini elan etdi.

1962 — Trinidad və Tobaqo müstəqilliyini elan etdi.

1968 — azərbaycanlı yazıçı və sosialist siyasi xadimi Səməd Behrəngi vəfat edib. (d. 1939).

1991 - Azərbaycanda 1990-cı ilin 20 yanvarından qüvvədə olan fövqəladə vəziyyət rejimi, nəhayət, ləğv olunub. Hakimiyyət bununla qarşıdakı prezident seçkilərinə (8 sentyabr 1991) demokratik görüntü verməyə çalışırdı.

1993 — Qubadlı rayonu Ermənistan ordusu tərəfindən işğal olundu.

1997 — Şahzadə Diana Parisdə avtomobil qəzasında həlak oldu.

2001 - Prezident Heydər Əliyev "Əsrin müqaviləsi" ("Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi) çərçivəsində "böyük neft"in hasilatına başlanılması barədə "Faza-1" planını təsdiqləyib. Plana əsasən, 2005-ci ilədək "Əsrin müqaviləsi" üzrə neft istehsalının gündəlik 100 min barreldən 375 min barrelə çatdırılması nəzərdə tutulurdu. Plana vaxtından öncə - 2004-cü ilin avqustunda əməl edildi.

2005 — Bağdadda Dəclə çayı üzərindəki körpüdə yaranmış basırıq nəticəsində 1 199 insan həlak oldu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR