Qırmızı.az
Rusiyadan qızıl gətirirmiş
Rusiyadan gələn Azərbaycan vətəndaşında gömrük nəzarətinə təqdim olunmayan qızıl aşkar olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Sankt-Peterburq-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Vüqar Hümbətova məxsus baqaj rentgen aparatından keçərkən monitorda zərgərlik məmulatlarına oxşar predmetlərin təsviri görünüb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib və bu zaman V.Hümbətova məxsus çantadan gömrük nəzarətinə təqdim olunmayan 15 ədəd üzük, 8 cüt sırğa, 18 ədəd qolbaq, 1 ədəd boyunbağı və 3 ədəd üzük-sırğa cütü dəsti aşkar edilib.
İlkin araşdırma zamanı V.Hümbətov istirahət məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getdiyini, orada qohumu olan bir şəxsin ona sözügedən zərgərlik məmulatlarını verərək evinə çatdırmasını xahiş etdiyini bildirib, lakin həmin məmulatları bəyan etməməsinin səbəbini isə qanunvericiliyi bilməməsi ilə əlaqələndirib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 190,74 qram olan və 585 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatlarıdır.
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA