Qırmızı.az
İlham Əliyev Almaniya nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, "Almaniya-İsrail Cəmiyyəti"nin sədri Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Butsun və "Almaniya İqtisadiyyatının Şərq Komitəsi"nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan
ilə Almaniya arasında fəal əməkdaşlığın həyata keçirildiyini
vurğulayaraq infrastruktur, müxtəlif investisiya layihələrində
alman şirkətlərinin iştirakı üçün yaxşı imkanların olduğunu
bildirdi. Prezident İlham Əliyev Almaniyaya səfəri zamanı orada
keçirilən biznes forumun əhəmiyyətini qeyd etdi. Alman-Azərbaycan
Forumunun fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı
bu forumun Azərbaycan həqiqətləri və ölkəmizdə əldə olunan
nailiyyətlər barədə Almaniya ictimaiyyətinin daha çox məlumat əldə
etməsi baxımından önəmli olduğunu bildirdi.
Azərbaycan Prezidenti ilə yenidən görüşündən böyük məmnunluq hissi
keçirdiyini bildirən Hans-Eberhard Şlayer ölkələrimiz arasında
ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. O,
ölkəmizə nüfuzlu siyasətçilərdən və sahibkarlardan ibarət nümayəndə
heyəti ilə səfər etdiklərini qeyd etdi.
Görüşdə Almaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin
müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji,
sərmayə qoyuluşu, infrastruktur və digər sahələrdə daha da inkişaf
etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həlli, regionda və dünyada gedən proseslərlə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi