Qırmızı.az
Prezident orta məktəbdə olub
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 54 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi
istiqamətində məqsədyönlü tədbirlər hər il olduğu kimi, bu il də
davamlı olaraq həyata keçirilir. Təhsil, səhiyyə, mədəniyyət
müəssisələri əsaslı şəkildə yenidən qurulur, yeni-yeni məktəb
binalarının və uşaq bağçalarının inşası uğurla həyata
keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətin başçısı Hacıbala Abutalıbov 54 nömrəli
tam orta məktəbdə görülən işlərlə bağlı dövlətimizin başçısına
məlumat verdi.
Qeyd edildi ki, bu məktəbin binası 1976-cı ildə inşa olunub.
Üçmərtəbəli bina iki korpusdan ibarətdir. 56 sinif otağı olan
məktəb 1076 şagird yerlikdir. Yeni dərs ili ərəfəsində 54 nömrəli
tam orta məktəbin binası əsaslı şəkildə yenidən qurulub. Bütün
sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində
təmir edilib. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və
müasir dərs ləvazimatları ilə təchiz edilib.
Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Məktəbin 1 hektar yarım həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.
Dövlətimizin başçısı sinif otaqlarında, fənn kabinetlərində
yaradılan şəraitlə yaxından tanış oldu.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ