Təhsil naziri xaricdəki təhsildən danışdı
Bizi izləyin

Qırmızı.az

Təhsil naziri xaricdəki təhsildən danışdı

“Gənclərin xarici ölkələrdə təhsil alması ilə bağlı Dövlət Proqramı arıtq 8 ildir ki həyata keçirilir. Bu günə qədər 2902 gənc xaricdə təhsil almaq hüququ qazanıb”.

Publika.az-ın məlumatına görə, bunu təhsin naziri Mikayıl Cabbarov bu gün “Xaricdə Təhsil alan və Məzun olmuş Gənclərin Beynəlxalq Forumu” ictimai birliyinin (ASAİF) 12-Forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, proqram çərçivəsində bu il 500-ə yaxın gənc xaricdə təhsil almaq üçün seçilib. Seçim prosesləri yekunlaşmadığı üçün bu rəqəmlərin artacağını istisna etməyən M. Cabbarov Dövlət Proqramı çərçivəsində təhsil sahəsində aparılmış islahatlardan danışıb.

O bildirib ki, bu islahatlar gənclərimizin daha yaxşı təhsil almaları və hərtərəfli inkişafına şərait yaradır.

Nazir dünya universitetlərində təhsil alan və məzun olmuş gənclərlə bağlı işlərin bundan sonra da genişləndiriləcəyini vurğulayıb.

“Gənclərimizin dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ali təhsil ocaqlarında dövlət hesabına təhsil almaları Azərbaycanın inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır”,- o deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm