Avtomobillərin qənimi saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Avtomobillərin qənimi saxlanıldı

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsindən Publika.az-a verilən məlumata görə, avtomobillərdən oğurluq etməkdə təqsirli bilinən 12 yaşlı oğlan (N.T- yetkinlik yaşına çatmadığından adı gizli saxlanılır) tutulub.

Səbail rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Bakı şəhər sakinləri Şahmar Qəhrəmanov, Rüstəm Hüseynov, Məlahət Rzayeva və İlahə Əliyevanın avtomobillərindən xeyli pul, noutbuk, sənəd, qadınların avtomobilindən isə kosmetik əşyalar oğurlayıb satıb.

İstintaqa ifadə verərək bildirib ki, hədəfə aldığı maşınların qapısını özündə olan xüsusi dəmir alətlə açıb.

Onun tüfeyli həyat sürdüyü bildirilir. Araşdırnalar davam edir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm