İstirahət günü hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

İstirahət günü hava necə olacaq?

Yaxın 2-3 gündə Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.


Sentyabrın 7-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 19-24, gündüz 28-32 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında sentyabrın 7-də hava gün ərzində yağmursuz keçəcək, şərq küləyi əsəcək.


Aran rayonlarında havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm