• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Internet təhlükəsizliyi ilə bağlı qaynar xətt yaradılıb

Internet təhlükəsizliyi ilə bağlı qaynar xətt yaradılıb

Azərbaycan İnternet Forum təşkilatçılığı ilə “İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçirilib.

Tədbir AİF, RİTN yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin keçirilməsində məqsəd ölkədə İnternet media sektorunda kibertəhlükəsizlik, mövcud və yarana biləcək kibertəhlükələr və onların aradan qaldırılması yolları ətrafında informasiya mühitini inkişaf etdirməkdir. Tədbirdə qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi məsələlərinə cavabdeh dövlət qurumu olan Elektron Təhlükəsizlik Mərkəzinin informasiya təhlükəsizliyinin qorunması istiqamətində gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri haqqında məlumatlar verilib.


Tədbirdə çıxış edən AİF prezidenti tədbirin keçirilməsində məqsədin formalaşmış informasiya cənmiyyətinin formalaşmasına dəstək olduğunu dedi:

“Prezident tərəfindən dövlət və qeyri-dövlət sektrounda informasiya təhlükəsizliyini təmin edəcək qurumlar yaradılması çox yüksək dəyərləndirilir. Bu internet medianın dayanıqlılığı mövzusunu müzakirə edəcəyik. Artıq iki ölkə arasındakı müharibənin internetdə həyata keçirilməsi aktualdır. Ona görə də hökümət özü də internet media qurumlarının təhlükəsizliyini təmin edəcək”.

Prezident aparatının sektor müdiri Vüqar Əliyev internet medianın problemlərinin həlli ilə bağlı dövlətin müəyyən layihələr həyata keçirildiyini dedi:

“Prezidentin fərmanı ilə informasiya təhlükəsizliyi ilə bağlı qurumların yaradılması dövlətin bu sahəyə verdiyi dəyərin göstəricisidir. Bu mənada KİV və onlayn medianın formalaşması çox önəmlidir. KİV-in fəaliyətinə şəraitin yaradılması dövlətin informasiya siyasətinin mahiyyətini təşkil edir. Bu gün ölkədə fəaliyyət göstərən KİV xüsusən onlayn media çox böyük naliyyətlər əldə edib. İKT-nin inkişafını stimullaşdırmaq məqsədilə layihələr həyata keçirilir.

Bu gün ölkəmiz vahid informasiya şəbəkəsinin fəal istifadəçilərindəndir. Ölkədə geniçşzolaqlı internet istifadəçiləri 50%dən çoxdur. İnternetin qiyməti də qonşu ölkələrlə müqayisədə xeyli azdır. Istər qanunvericiliyin təkmilləşdirilməsi, istər sə də digər istiqamətlər üzrə dövlət KİV-in inkişafına dəstək olur. Mətbuat orqanlarına birdəfəlik dəstək, KİVDF-nin yaradılması KİV-ə olan dəstəyin göstəricisidir. Onlayn media ənənəvi mediadan daha çox inkişaf edib. 300-ə yaxın portal, internet resursu fəaliyyət göstərir, onlar əhalinin informasiya ehtiyacının təmin edilməsində mühüm rol oynayır. Qarşıda duran vəzifələr -informasiya təhlükəsizliyi və onlayn medianın təhlükəsizliyini təmin etməkdir”.

V.Əliyev onu da vurğuladı ki, informasiya təhlükəsizliyi təkcə dövlətin üzərinə düşmür. Media da bu sahədə məsuliyyət yaradır. Dövlət medianın təhlükəsizliyini təmin etdiyi kimi, media da dövlətin təhlükəsizliyini təmin etməlidir. Bəzən yoxlanılmamış, qeyri-dəqiq məlumatlar dövlətin daxili və dövlətlərarası münasibətlərə təsir edir.

Tərbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov internetin meydana gəlməsi medianın işini də genişləndiyini dedi:

“Saytlara hücumlarla bağlı problemlər çox olur. Hücumdan sonra saytın fəaliyyəti bərpa edilir, amma onun arxivini geri qaytarmaq mümkün olmur, bu da saytın fəaliyyətinə ziyan vurur. Bununla bağlı Osman Gündüzlə müzakirə etmişik. Bu istiqamətdə biz də müəyyən addımlar atmışıq. İnternet portalların nümayəndələri də bu istiqamətdə fəaliyyət göstərməlidirlər. Elektron Təhlükəsizlik Mərkəzinin bu istiqamətdə media rəhbərlərinə yardım edəcəklərini düşünürəm”.

O həmçinin Mətbuat Şurasının bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən danışdı, bu il müəyyən tədbirlərin də keçiriləcəyini dedi.

RİTN-i yanında Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov ölkədəki İKT sahədindəki inkişafdan danışdı. Onun sözlərinə görə, Azərbaycan İKT sahəsində əldə etdiyi naliyyətlərə görə, inkişaf sahəsinə görə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yer alır.

“Kibertəhdidlər çox sürətlə aparılır təəssüf ki, bir sıra dövlət qurumlarında kibercinayətkarların aşkarlanması istiqamətində işlər hələ də düzgün qurulmayıb. Bu istiqamətdə işlər aparan qurumlar mövcuddur. Artıq fövqəladə hallar zamanı işə keçən kompüterlər mövcuddur. Kiber təhlükəsizlik sahəsində təhlükəsizliyi təmin etmək RİTN-nə tapşırılıb. Mərkəzin fəaliyyəti yenidir,bir il tamam olmasa da, hər gün yeniliklər müşahidə edirik. Bir neçə xarici şirkətlərlə layihələr işləyirik. Artıq 16 54 nömnrəli qaynar xətt yaradılıb və işləyir. Kimsə elektron təhlükə ilə üzləşibsə bu nömrəyə zəng edib məlumat ala bilər”. Elektron Təhlükəsizlik Mərkəzində sektor müdiri Rəşad Əliyev konkret olaraq problemlərə toxundu. O, informasiya təhlükəsizliyir, ciyanverici proqramlar , DdoS və Veb sistemin hack edilməsi barədə məlumat verdi:

“Saytın zəifləməsi, gec açılamsı əslində həmin sayta hücumun göstəricisidir. Yazdığınız başlığın dəyişdirilməsi də hücumdan xəbər verir. Bu təhlükələrlə üzləşməmək üçün həm qabaqlayıcı tədbirlər görülməli, həm də təhlükə yarandıqdan sonra hansı addımların atılmalı olduğunu bilməlidirlər. Bizim qaynar xətt xidməti də fəaliyyətdədir. Hər hansı problem yaşayanlar bu nömrəyə zəng edə bilərlər”.

Mətbuat şurasının internet mediaya ilə bağlı komissiyanın rəsmisi Elnur Baimov komisiya yarandığı gündən media ilə bağlı işlər keçirdiyini dedi.

“300-dən çox media orqanın fəaliyyət göstərir. Yazılı mətbuatdan olan insanlar sayt açırlar,amma onların bir qismi texniki biliklərə sahib olmur. Onların bu istiqamətdə biliklərini artırmalarına ehtiyac var”.

Mətbuat Şurasının üzvü Azər Həsrət bildirdi ki, bu gün dünyada internet cinayətkarlar məsələsi geniş müzakirə möcvusudur. Ona görə də informasiya təhlükəsizliyi məsələsində dövlətin fəaliyyətə keçməsi önəmlidir. Bu məsələlərin rəsmi qurumlar və Mətbuat Şurası, AİF-ilə əlaqəli şəkildə qurulsun.

Tədbirdə həmçinin bir sıra onlayn media qurumlarının rəsmiləri də çıxış edərək qarşılaşdıqları problemlərdən danışdılar.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR