Xırdalanda partlayan bina söküləcəkmi?
Bizi izləyin

Qırmızı.az

Xırdalanda partlayan bina söküləcəkmi?

Xırdalanda yarımçıq tikilidə baş verən partlayışdan sonra binanın möhkəmləndirilməsi işlərinə başlanıb. Hazırda orada qalan sakinlərin həyatı üçün hər hansı təhlükə yoxdur.

Bunu Publika.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.

Onun sözlərinə görə, hazırda nazirliyin ekspertləri binanın sökülüb-sökülməməsini dəyərləndirir:

“Hazırda ekspertlər hadisə yerindədir. Binanın dağılmamış hissəsində yaşayan sakinlər üçün hər hansı təhlükə yoxdur. Çünki dünən binanın möhkəmləndirilməsi işləri aparılıb. Binanın tamamilə sökülməsi ilə bağlı hələ ki rəy verilməyib. Araşdırmalar başa çatandan sonra bina barədə qərar qəbul ediləcək”.

Qeyd edək ki, ötən gün Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış baş verib. FHN-nin xilasediciləri tərəfindən dağıntılar altından yaralanan 9 nəfər xəstəxanaya yerləşdirilib. 3 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm