"Kaspi" hesabat verdi
Bizi izləyin

Qırmızı.az

"Kaspi" hesabat verdi

Kaspi Təhsil Şirkətinin artıq “Kaspi Uşaq Bağçası” və “Kaspi liseyi” fəaliyyətə başlayıb. Publika.az-ın məlumatına görə, bu fikirlər Kaspi Təhsil Şirkətinin 2013-2014-cü illər yekun hesabatı, gələcək plan və layihələri barədə keçirilən mətbuat konfransında səsləndirilib.

Tədbirdə çıxış edən Kaspi Təhsil Şirkətinin təsisçisi və İdarə Heyətinin sədri Sona Vəliyeva bildirib ki, təhsil müəssisələrinin işinin keyfiyyətini ilin sonundakı nəticələr göstərir. Bu gün əldə etdiyimiz göstəricilər il ərzində tədris mərkəzinin uğurla fəaliyyət göstərdiyini sübut edir. Bu nəticələrlə fəxr etmək olar:

“İl ərzində ən ağır və məsuliyyətli iş “Kaspi abituriyent” şöbəmizin üzərindədir. Təsadüfi deyil ki, burada 100-ə qədər müəllim çalışır. Ötən il bu şöbə 400-500 abituriyentə xidmət edib. Bugünkü göstəcilər bir daha sübut edir ki, əməyi, işi yaxşı quranda nəticə də uğurlu olur. Kaspi Təhsil Mərkəzi ilk yarandığı ildə 85% nəticə göstərirdiksə, bu il abituriyentlərimiz 97 % göstərici ilə respublikanın tanınmış ali məktəblərinə daxil olub. Kaspi Təhsil Mərkəzi fəaliyyət göstərdiyi müddətdə ölkənin sayılıb-seçilən ali məktəblərinə 5 minə yaxın abituriyent yetişdirib. Qəbul olunanların 30%-ə qədəri 600 balı keçib. Xaricdə təhsil almaq üçün abituriyent hazırlığı istiqamətində də işlər aparılır. Uğurlarımızın əsasında dövlətin uğuru durur”.

S.Vəliyeva onu da əlavə edib ki, bu uğurda böyük bir kollektivin əməyi var.

“Bu kollektiv bütün il ərzində yeniliklər etmək üçün çalışır. Bu il ilk dəfə olaraq Kaspi elektron layihə tətbiq etdi. Bu yalnız Kaspi abituriyentləri yox, bütün ölkə abituriyentləri üçün nəzərdə tutulub. Bundan başqa, sınaqlara getmək imkanı olmayanlar üçün elektron sınaq imtahanları testləri hazırladıq. Mərkəzə gəlmək imkanı olmayan tələbələr, internet vasitəsilə sınaqlarda iştirak edə bildir. Bu böyük layihədir. Özəl bir müəssisənin bu addımı atması yüksək qiymətləndirilməlidir. Bu işlərin arxasında böyük bir qrup dayanır. Bu uğurların əldə edilməsində müəllimlərimizin rolu böyükdür”.

S.Vəliyeva bütün abituriyentləri təbrik edərək, uğurlarını daha yüksək pillələrə çatdırmalarını tövsiyə edib.

Kaspi Təhsil Şirkətinin direktoru Elnur Əliyev bu ilki fəaliyyətin əvvəlki illər kimi uğurlu olub. Hətta bu ilin işlərin çox olması və uğurlar baxımdan ağır il olduğunu bildirib:

“2014-cu ilin yanvarından Kaspinin Sumqayıtda filialı açılıb. Artıq Sumqayıt sakinləri də abituriyent kurslarından istifadə edə biləcək, artıq müraciətlərin sayı 100-dən çoxdur. Bu ildən “Kaspi liseyi” fəaliyyətə başlayıb. Yarandığımız ilk gündən bu liseyin yaradılması əsas istəyimiz idi. Bu liseyin yaradılması müəllimlərimizin və rəhbərliyin əməyi böyükdür. Məktəb nəzdində “Kaspi Uşaq Bağçası” fəaliyyətə başlayıb. Bu da “Kaspi Keeds”layihəsinin davamıdır. Sentyabrında Kaspinin Nəsimi rayonu və Masazır qəsəbəsində iki kursu fəaliyyətə başlayır”.

Tədbirdə həmçinin uğurlu nəticə göstərən abituriyentlərin valideynləri, Kaspinin şöbə müdirləri çıxış edərək kursun fəaliyyətindən, uğurun sirrindən danışdılar.

Tədbirdə Kaspinin 7 illik uğurları yada salınıb. Kaspinin bir mərkəz kimi necə fəaliyyətə başlaması, onun inkişaf yolunda hansı addımların atılmasından danışılıb və Kaspinin artıq “Şirkət” statusu daşıması xəbəri verilib.

Sonda Sona Vəliyeva yüksək nəticə göstərmiş tələbələrə Şirkət tərəfindən hədiyyələr təqdim edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm