Qırmızı.az
Bakı Avtovağzalı tələbə axınına hazırdır?
Yeni dərs ilinin başlanması ilə əlaqədar rayonlardan Bakıya gələnlərin sayında artım müşahidə edilir. Paytaxta üz tutanlar arasında daha çox tələbələr çoxluq təşkil edir. Bu baxımdan bölgələrdə sərnişin sıxlığı yaşanır.
Bakı Beynəlxalq Avtovağzalın şöbə müdiri Mətləb Abidi AzVision.az-a açıqlamasında bildirib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar daha çox rayonlardan şəhərə axın artır.
Onun sözlərinə görə, hansı rayonda sərnişin axını daha çoxdursa,
onlar müraciət edirlər və Bakı Beynəlxalq Avtovağzalından ora əlavə
avtobuslar göndərilir.
“Hazırda elə bir sərnişin axını müşahidə olunmur”.
Belə günlərdə süni şəkildə qiymət artımının baş verməsinə gəlincə,
şöbə müdiri bildirib ki, bayram günləri ilə əlaqədar Nazirlər
Kabinetinin qərarı olur və avtovağzal rəhbərliyi də ona uyğun
addımlar atır.
Mətləb Abidi həmçinin qeyd edib ki, Qurban bayramı ilə əlaqədar
Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçəcək.
“Gələn ayın dörd və beşi Qurban bayramıdı. Həmin vaxt ayın birindən
bir həftəlik əmr verəcəyik və gücləndirilmiş iş rejiminə keçəcəyik.
Ümumiyyətlə bizdə daimi komissiya var. Onlar qiymət intizamına
riayət edirlər. Həmçinin sərnişinlərə müraciət edirik ki, onlayn
sistemdən istifadə etsinlər. 10 gün əvvəldən bilet satışı
keçirilir. Evlərindən həmin sistemlə bilet ala bilərlər. İstəyənlər
kassadan da bilet ala bilər”.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO