Qırmızı.az
Abşeronda vəzifəli şəxs həbs olundu – Korrupsiya
Abşeron rayon İcra Hakimiyyətinin tikinti şöbəsinin rəisi Seymur
Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə
İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
AzNews.az-ın əldə etdiyi məlumata görə, vətəndaşların şikayəti
əsasında idarə əməkdaşları tərəfindən əməliyyat keçirilib və o həbs
edilib.
Məlum olub ki, Seymur Məmmədov tikinti aparmağa icazə vermək üçün
vətəndaşlardan 2000 manat, daha sonra isə 1000 manat tələb
edib.
Məlumatı Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin
müdiri Akif Əliyev qismən təsdiqləyib. O, Seymur Məmmədovun işdən
kənarlaşdırıldığını və bunu rəhbərliyin kadr islahatı olduğunu
bildirib: “Onun həbsi ilə bağlı heç nə deyə bilmərəm. Seymur
Məmmədov işdən azad olunub. Amma onun hansı səbəbdən işdən
çıxarıldığını deyə bilmərəm. Yəqin ki, bu rəhbərliyin kadr
islahatıdır”.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ