ADU-da müəllimlərin əməkhaqqı artırıldı
Bizi izləyin

Qırmızı.az

ADU-da müəllimlərin əməkhaqqı artırıldı

Azərbaycan Dillər Universitetində ilk dəfə İnformasiya Resurs Kompleksi nəzdində yeni telestudio açılır. ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən Publika.az-a verilən məlumata görə, universitetin müəllim və tələbələri bu telestudionın imkanlarından geniş şəkildə yararlana biləcəklər.

Bu tədris ilindən universitetdə fəaliyyət göstərən professor-müəllim, o cümlədən işçi heyətinin əməkhaqları artırılıb. Yüksək səviyyədə işçilərin sosial rifahının yüksəlməsi, onların maddi durumunun yaxşılaşdırılması istiqamətində addım atılaraq maaşlar Azərbaycanda ali məktəblər sırasında ən yüksək səviyyəyə çatdırılıb. Bu gün ADU əməkdaşları 500-1500 AZN arası müxtəlif vəzifələr üzrə əməkhaqqı alırlar.

Azərbaycan Dillər Universitetinin ayırdığı maddi vəsait əsasında və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin dəstəyi ilə ən müasir texnika və maddi-texniki baza ilə təmir edilib, 2008-ci ildə açılan İnformasiya Resurs Kompleksi (İRK), o cümlədən İRK-ın Amerika mərkəzi bu tədris ilində yenidən istifadəyə verilir.

Qeyd edək ki,u tədris ilində ADU tələbələrinin sayı 6000-ni keçib. Bu il Azərbaycan Dillər bUniversitetinin bakalavr pilləsinə 1500-ə yaxın tələbə, magistratura pilləsinə isə 200-ə yaxın tələbə qəbulu olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm