Avtobuslar Bakıda belə "at oynadırlar"
Bizi izləyin

Qırmızı.az

Avtobuslar Bakıda belə "at oynadırlar"

Paytaxtda fəaliyyət göstərən 193 və 88 saylı avtobuslar hər gün qarşı yola çıxaraq qəza şəraiti yaradırlar.

Avtosfer.az xəbər verir ki, bu kadrlar günün ikinci yarısında Bakının Səbayel rayonu ərazisində çəkilib. Neftçilər prospektində, “Dağla” Plazanın qarşısında yaranmış tıxac zamanı 88 və 193 saylı marşrut avtobusları qarşı yola çıxaraq yüksək sürətlə hərəkət etməklə qəza şəraiti yaradıblar. Özü də Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” kameralarının quraşdırıldığı yerdə.

Videonu göndərən Orxan Məmmədov bildirib ki, avtobus daim Bayıl qəsəbəsi tərəfə gedir və geri qayıdanda, yəni üzü şəhərə tərəf gələndə tıxaca düşür: “Hamı kimi mən də asta-asta gedirəm və maşın cərgəsində öz yolumla hərəkət edirəm. Lakin bu videodakı avtobuslar sürətlə və əks yola çıxaraq hərəkət edirlər. Xahiş edirəm, bunların barəsində ölçü götürülsün”.

88 saylı marşrutun Bakının polis bölmələrindən birinin rəisinə, 193 saylı marşrutun isə “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovaya məxsus olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm