Nazirlikdən Qurban bayramı xəbərdarlığı
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən Qurban bayramı xəbərdarlığı

Qurban bayramında Ucar, Zərdab, Bərdə, Ağdaş, Kürdəmirdən iribuynuzlu heyvanlar gətirilməyəcək. Buna səbəb adıçəkilən ərazilərdə heyvanlar arasında yayılmış xəstəlikdir.

Bu barədə Publika.az-a Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Onun sözlərinə görə, “Nodulyar dermatit” xəstəliyi aşkarlandığı vaxtdan həmin rayonlardan heyvanların bazara çıxarılmasına məhdudiyyət qoyulub. Bu gün də həmin nəzarət davam edir. Lakin qurban bayramı ərəfəsində işlər daha da gücləndiriləcək.

“Bu xəstələyin qeydə alındığı rayonların kəndlərindən paytaxta və eləcə də digər rayonlara heyvanın çıxarılmasına məhdudiyyət qoyulub. Qurban bayramında da həmin məhdudiyyət qüvvədə olacaq. Bu xəstəliyin aşkarlandığı, heyvanların müalicə aldığı kəndlərdən iribuynuzlu heyvanların kənddən çıxarılmasına icazə verilməyəcək.

Baytarlıq Xidmətinin müfəttişləri Daxili İşlər Nazirliyinin karantin əleyhinə taboru ilə birlikdə heyvanların paytaxta gətirilməməsinə nəzarət edilir”.

Y.Xanvəli bu il Qurban Bayramının təşkilində başqa yeniliklərin olacağını da bildirdi.

“Ət kəsim məntəqələrinin yeni və nə qədər heyvanın gətirilməsi, eləcə də bəzi yeniliklərlə bağlı İqtisadi və Sənaye Nazirliyi ilə Dövlət Baytarlıq Xidməti arasında danışıqlar aparılır. Yaxın zamanda bu danışıqların nəticələri bəlli olacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm