AMAY-dakı yanğınla bağlı açıqlama - Rəsmi
Bizi izləyin

Qırmızı.az

AMAY-dakı yanğınla bağlı açıqlama - Rəsmi

Fövqəladə Hallar Nazirliyi AMAY Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki,görə, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli "AMAY" MMC Ticarət mərkəzinin 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kv.m sahədə və 2-ci mərtəbədən dam örtüyünə qədər şaxtadan keçən kabellər və plastik borular 45 p.m yanmış, yüksək temperaturdan yuxarı mərtəbələrdə 4 ədəd kondisionerlərin üzlükləri əriyib. Hadisə zamanı yanğınsöndürənlər və işçi personal tərəfindən binadan 150 nəfər insan təxliyə olunub.


Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın saat 11:12-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm