Bu il ilanların zəhərinin toksiki təsiri güclü olub
Bizi izləyin

Qırmızı.az

Bu il ilanların zəhərinin toksiki təsiri güclü olub

Bu il aprel ayından bu günə qədər ilan sancması ilə bağlı 75, əqrəb və digər həşərat sancmalarına görə 28 nəfər müraciət edib.

Bunu Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

“Bu il ilan, əqrəb sancmaları ilə bağlı müraciətlər əsasən Qəbələ, İsmayıllı, Yevlax, Bərdə,Şamaxı, Hacıqabul, Ağsuda,cənub bölgələrdən Astara, Lənkərandan olub. Paytaxta gəldikdə Güzdək, Qaradağ, Qobu, Zirədən və Xəzər rayonundan müraciətlər daha tez-tez olub. Ümumi müraciətlərin 60%-i kişilər, 30%-i qadın, qalanları da uşaqların payına düşür".

Onun sözlərinə görə, ötən illə müqayisədə bu il müraciətlərin sayı azalıb. Lakin müraciətlər daha çox ağırlaşmış formada olub:

“Ötən il müraciətlər orta ağır idisə, bu il əsasən ağır formada olub. Bu da ilanların zəhərinin güclü olması ilə əlaqələndirilir. Zəhərin toksiki təsiri yüksək olduğuna görə, tez bir zamanda ağırlaşma baş verir.Bu il ilan sancmasından yalnız bir nəfər ölüb”.

A.Maqsudov artıq müraciətlərin sayının azaldığını bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm