Qırmızı.az
Abşeronda kirayəşinlərin qanlı davası - TƏFƏRRÜAT
Abşeron rayonunda baş verən qanlı cinayətin təfərrüatları məlum olub. Abşeron rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Müşfiq qəsəbəsində qeydə alınıb.
Bir həyətdə ayrı-ayrı otaqlarda kirayəşin qalan Şamaxı rayon sakini 37 yaşlı Emil Orucov ilə Hacıqabul rayon sakini 21 yaşlı Fərrux Qasımovun arasında mübahisə düşüb.
Belə ki, Emil Orucov otağında yatan zaman qonşu otaqda yaşayan Fərrux Qasımovun televizorun səsini artırması gənclər arasında mübahisənin yaranmasına səbəb olub. Mübahisə zəminində Emil Orucov mismarla Fərruxa xəsarət yetirib.
Araşdırmalar zamanı müəyyən edilib ki, Fərruxun qardaşının Müşfiqə gəldiyini eşidən Emil Orucov isə qohumu Ulvi Allahyarovu çağırıb. Gənclər məsələyə aydınlıq gətirmək üçün Müşfiq qəsəbəsinin yaxınlığında boş sahəyə gediblər. Söhbət zamanı Fərrux Qasımov Ülvi Orucova başı ilə zərbə vurub. Dava da məhz bundan sonra böyüyüb.
Hacıqabuldan Müşviqə gələn 26 yaşlı Qasımov Elçin Alik oğlu qardaşının başındakı xəsarətləri gördükdən sonra mübahisənin səbəbini araşdırmaq istədiyini bu səbəbdən də Fərruxla görüşdüyünü bildirib. Fərruxun görüşə özü ilə adamlar gətirdiyini deyən Elçin dava zamanı özlərini müdafiə məqsədi ilə Ülvi Allahyarovu bıçaqladığını söyləyib.
Artıq cinayətdə iştirak edən şəxslərdən 3 nəfəri Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Fərrux və Elçin Qasımov qardaşları hadisədən sonra Hacıqabul rayonuna qaçsalar da, polis onları cinayət məsuliyyətindən yayınmağa imkan verməyib.
Faktla bağlı cinayət məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Hacı Zeynalov
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi