İcra Hakimiyyətindən zəlzələ açıqlaması
Bizi izləyin

Qırmızı.az

İcra Hakimiyyətindən zəlzələ açıqlaması

Bu gecə saatlarında rayonda baş vermiş zəlzələ zamanı evlərə və digər tikililərə ziyan dəyməyib. Bu barədə Publika.az-a Lənkəran rayon İcra Hakimiyyətindən məlumat verilib.

İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, zəlzələ hiss edilsə də, heç bir fəsad törətməyib:

“Bu gün səhər saatlarında bütün kəndlərlə əlaqə saxlamışıq. Zəlzələ kəndlərdə də heç bir fəsad törətməyib, dağıntı yoxdur”.

Qeyd edək ki, bu gün Lənkəranda yerli vaxtla saat 03:29 radələrində 4 bala yaxın zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, 17 kilometr dərinlikdə maqnitudası 4,5 olan yeraltı təkanlar Lənkəran şəhərindən 18 km qərbdə Lənkəran rayonu ərazisində qeydə alınıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm