2 liseyə lisenziya verildi
Bizi izləyin

Qırmızı.az

2 liseyə lisenziya verildi

Yeni tədris ilində Təhsil Nazirliyi tərəfindən “İdrak” liseyinin Bakı filialına və “Zirvə” liseyinə xüsusi razılıq (lisenziya) verilib.

Bu barədə Təhsil Nazirliyinin İnformasiya şöbəsindən Publika.az-ın soruğusuna verilən cavabda bildirilib.

Nazirlikdən verilən cavabda bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.-ci maddəsinə əsasən dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə isə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir.

Nazirlikdən verilən məlumatda “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 5-ci hissəsinə əsasən Lisenziya verən dövlət orqanı lisenziyanın hansı halda ləğv edilməsinə aydınlıq gətirilib:

“Lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə, lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə, məhkəmənin müvafiq qərarı olduqda, hüquqi şəxs ləğv edildikdə və fiziki şəxs vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda lisenziya ləğv edilə bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm