Qırmızı.az
İş axtaranlara xoş xəbər!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün bu həftə 7 rayonda Əmək yarmarkaları keçiriləcək. Bu barədə Publika.az-a ƏƏSMN-in mətbuat xidmətindən məlumat verilib.
Əmək yarmarkalarının sentyabrın 24-də Zərdab, sentyabrın 25-də Ağdaş, sentyabrın 26-da isə Göyçay, Yevlax, Beyləqan, Lənkəran və Tərtər rayonlarında keçirilməsi planlaşdırılır. Tədbirlər zamanı müvafiq ərazi üzrə fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri də təqdim ediləcək. Yarmarkalarda ayrı-ayrı işsiz şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə hazırlığına cəlb olunması da nəzərdə tutulur.
Hazırda Əmək yarmarkalarına hazırlıq çərçivəsində həmin rayonların idarə, müəssisə və təşkilatlarından boş iş yerləri barədə məlumatlar toplanır.
Gülnar Əliyeva
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu