• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Türkiyə hər girova görə İŞİD-ə bir tank verib? - VİDEO

Türkiyə hər girova görə İŞİD-ə bir tank verib? - VİDEO

49 diplomatın İŞİD tərəfindən sağ-salamat geri qaytarılması hazırda əsas müzakirə mövzusudur. Əksəriyyət İŞİD-in heç bir qarşılıq olmadan girovları geri qaytarmasını qəbul etmir və ona görə də daha bir iddia ortaya atılıb.

Axar.az Odatv.com saytına istinadən xəbər verir ki, PKK-ya yaxın media orqanlarında Türkiyənin girovlar müqabilində İŞİD-ə 49 tank və silah-sursat göndərdiyi iddia olunub.

Xəbərdə Türkiyənin tanklar və silah-sursatı kürdlərə qarşı istifadə etməsi üçün İŞİD-ə göndərdiyi bildirilib.

Kürdlərə yaxın media orqanları həmin anın videogörüntülərini paylaşıb. Türk mediası isə yayılan görüntülərin həqiqəti əks etdirmədiyini yazıb.

Qeyd edək ki, Türkiyəyə keçən suriyalı qaçqınlar da İŞİD-ə tank və silah-sursatın göndərildiyini iddia ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR