4 nəfərin öldüyü avtomobildən narkotik tapıldı
Bizi izləyin

Qırmızı.az

4 nəfərin öldüyü avtomobildən narkotik tapıldı

Jurnalistin həlak olduğu avtomobildən narkotik çıxdı.

Publika.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 21-də saat 21 radələrində Şamaxı şəhərində Şəki şəhər sakini Əlövsət İsmayılovun və Oğuz rayon sakini Nurlan Məmmədəliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Ə.İsmayılov və sərnişinləri - Şəki şəhər sakinləri Elçin Məmmədov, Elşad Hüseynov və Bakı şəhər sakini Fuad Abdulrəhmanlı hadisə yerində ölüblər.

Ə.İsmayılovun avtomobilinə baxış zamanı 100 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm