Mücahidin azərbaycanlı qadını Dağıstanda girov götürüldü
Bizi izləyin

Qırmızı.az

Mücahidin azərbaycanlı qadını Dağıstanda girov götürüldü

Mahaçqala sakini, Azərbaycan vətəndaşı Asiya Pataxova saxlanılıb.

Axar.az xəbər verir ki, Asiya bacısının evinə gedərkən saxlanılıb. Onu saxlayan polis heç bir sənəd təqdim etməyib. Asiya Pataxova minik avtomobilinə mindirilərək aparılıb. Hadisə şahidləri onu aparanların forma və mülki geyimdə olduğunu bildiriblər.

Digər bir informasiyaya görə, Azərbaycan vətəndaşı Asiya Pataxovanı miqrasiya xidməti saxlayıb. Asiyaya verilən viza bir müddət öncə yarım illiyinə uzadılıb. Vəkili bu fakt barədə araşdırmalara başlayıb. Onun tanışları isə azərbaycanlı qadının girov olaraq götürüldüyünü deyiblər.

Qeyd edək ki, Asiya Pataxova Dağıstanda fəaliyyət göstərən yaraqlı qruplaşma üzvünün həyat yoldaşıdır. Ötən ay Dağıstan polisi Mahaçqala sakini, Azərbaycan vətəndaşı Asiya Pataxovanın yaşadığı evə zorla basqın etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm