• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qənirə Paşayeva Komrat Universitetində azərbaycanlılarla görüşüb

Qənirə Paşayeva Komrat Universitetində azərbaycanlılarla görüşüb

Millət vəkili Qənirə Paşayeva Moldovanın Dövlət Komrat Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Tələbələrlə görüşü zamanı millət vəkili Qənirə Paşayeva ölkəmizdən kənarda təhsil alacaq tələbələrin üzərinə tələbəliklə yanaşı ölkəmizi, aid olduqları mədəniyyəti, milli-mənəvi dəyərləri, layiqincə təmsil etmək, Azərbaycan həqiqətlərini hər yerdə təbliğ etmək və vətənimizin maraq və mənafelərini müdafiə etmək kimi vəzifələr düşdüyünü xüsusu vurgulamışdır.

Azərbaycanlı tələbələri Azərbaycan həqiqətlərinin çatdırılmasında daha fəal olmağa çağıran Q.Paşayeva qaçqın və məcburi köçkünlərin durumunun, işğal altındakı ərazilərdəki milli, tarixi mədəniyyət abidələrinin dağıdılmasını, işğal faktının davam etməsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin, tələbələrin üzərinə böyük vəzifələr düşdüyünü deyərək, onları tələbə yoldaşları arasında təbliğat aparmaqla yanaşı, sosial şəbəkələrin təqdim etdiyi imkanlardan da geniş istifadə etməyə çağırıb. “Hər kəsin sosial şəbəkələrdə çoxlu xarici dostları var. Onlarla ünsiyyətdə Azərbaycan, Qarabağ həqiqətləri, qondarma “erməni soyqırımı” yalanları barədə müəyyən məlumatlar vermək imkanına malik oluruq”, – deyən millət vəkili gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb. Burda təhsil alan tələbələrin ilk vəzifəsinin biliklərə yiyələnmək, doğma Vətənə layiqli mütəxəssislər olaraq dönmək olduğunu vurğulayan millət vəkili Universitetin yerləşdiyi Moldova Qaqauz Yeri Muxtar respublikasının və Qaqauz türklərinin azərbaycanlılar üçün doğma olduğunu xüsusi vurğulayaraq, buradakı qardaş-bacılarımızın da Azərbaycanı daha yaxından tanıması istiqamətində sizin üzərinizə böyük rol düşdüyünü deyib.Özlərini burada da çox yaxşı hiss etdiklərini deyən tələbələrlə görüşdə millət vəkili Qənirə Paşayeva onların qayğı və problemləri ilə maraqlanıb və onların iştirakı ilə universitetin rektoru ilə söhbətində Zinaida Arikova bundan sonra da hər zaman azərbaycanlı tələbələrə böyük diqqət və qayğı ilə yanaşılacağını və dəstək göstəriləcəyini deyib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva tələbələrə Azərbaycan həqiqətlərinə dair materiallar və özünün müəllifi olduğu kitabları təqdim etmişdir. Azərbaycanlı tələbələr millət vəkili Qənirə Paşayeva ilə görüşdə müzakirə olunan məsələlər ətrafında səylərini daha da artıracaqlarını, Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində fəaliyyətlərini genişləndirəcəklərini bildirmişlər. Onlar millət vəkilinə planları barədə də ətraflı məlumatlar vermiş və fikir mübadiləsi aparılmışdır. Millət vəkili Qənirə Paşayeva eyni zamanda Komrat Universitetində fəaliyyət göstərən Azərbaycan tədris mərkəzini də ziyarət edib. Kiçik də olsa belə bir mərkəzin önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva həmin mərkəzin müxtəlif dillərdə Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə aid kitab və materiallarla təminatını vacib sayıb, özü də bu istiqamətdə müəyyən dəstək göstərməklə bərabər Azərbaycanda müvafiq qurumlara müraciət edərək Komrat Universitetində təhsil alan tələbələrin Azərbaycanı daha yaxından tanıya bilməsi üçün mərkəzin fəaliyyətinə dəstək göstərilməsini xahiş edəcəyini deyib.

Millət vəkili Azərbaycan tədris mərkəzində bir sıra moldovalı tələbələrlə də söhbət edib və mərkəzə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ problemi, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı bir sıra kitablar, materiallar, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunun Azərbaycan və ingilis dili nüsxələrini və özünün müəllifi olduğu kitabları hədiyyə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR