Qırmızı.az
Başçını üzüağ edən “Təmiz Binəqədi” – FOTOLAR
Binəqədi İcra Hakimiyyətinin “Təmiz Binəqədi” layihəsi barədə rəsmi məlumatda yazılır:
“Təmiz Binəqədi” layihəsinin məqsədi Bakıda keçiriləcək “Avropa Olimpiya Oyunlarının başlanmasına bir il qalmasını nəzərə alaraq, oyunlara hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdir.
1 iyul 2014-cü ildən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanılır.
Layihənin həyata keçirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib və Tədbirlər Planının icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılıb (Sərəncam BURADA)”.
Axar.az əməkdaşı payızın əvvəlindəcə yağan yüngül yağışdan iki gün ötəndən sonra “Təmiz Binəqədi” layihəsinə start verən Binəqədi rayonunun cəmi iki küçəsini əhatələyən fotoreportajı təqdim edir. Bu fotolar layihənin necə sürətlə və peşəkarlıqla həyata keçirildiyini təqdiqləyən faktdır. İnanırıq ki, Bakıda keçiriləcək Olimpiya Oyunlarında da işayət yağış yağsa, üzümüz beləcə ağ olacaq...
P.S. Fotoreportajlar davam edəcək – Sərəncamda deyildiyi kimi, küçə-küçə, məhəllə-məhəllə, park-park...
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?