Təcili yardım çöpçü məsələsinə aydınlıq gətirdi
Bizi izləyin

Qırmızı.az

Təcili yardım çöpçü məsələsinə aydınlıq gətirdi

Bir neçə gün əvvəl mətbuatda Təcili yardım həkimlərinin xəstəni “Şamaxinka” adlanan ərazidə çöpçüyə aparması ilə bağlı məlumat yayılmışdı.

Məsələ ilə bağlı Publika.az-a məlumat verən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumatın yanlış olduğunu bildirib:

“Həkimin bizə verdiyi məlumata görə, gecə saat 20:30 radələrində təcili yardıma müraciət edilib. Onlar hadisə yerinə gedərkən ev sahibləri tərəfindən nalayiq ifadələr səsləndirilib, həkim təhqir edilib. Lakin buna baxmayaraq, həkim xəstəyə ilkin yardım göstərib. Xəstəni Bakı Sağlamlıq Mərkəzinə aparmaq üçün maşına mindiriblər. Yol boyunca xəstəyə köməklik göstərilib. Lakin "Şamaxinka" deyilən ərazidə xəstə ağrının azaldığını, maşından düşmək istədiyini deyib. Oğlu ilə birlikdə maşından düşüb. Lakin hara getdiyi bəlli deyil”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm