ARGTMŞ gənclər təşkilatları üçün yeni imkanlar yaradır
Bizi izləyin

Qırmızı.az

ARGTMŞ gənclər təşkilatları üçün yeni imkanlar yaradır

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildən etibarən gənclər və gənclər təşkilatları üçün bir sıra yeni imkanlar yaradıb.

Publika.Az-ın verdiyi xəbərə görə, bu imkanlar ARGTMŞ-nın 1-gənclərin əməkdaşlığı, 2-gənclər təşkilatlarının inkişafı və 3-gənclər siyasətinə dəstək çərçivəsində gənclər və gənclər təşkilatları üçün yaradılan imkanlarla bağlı olaraq qəbul etdiyi 3G-siyasəti çərçivəsində həyata keçirilib.

ARGTMŞ ilk olaraq, 2013-cü ildə “Gənclər Evi”-ni yaratmış və gənclər təşkilatlarının bir sıra imkanlar əldə etməsini təmin edib. “Gənclər Evi”-nin fəaliyyəti çərçivəsində gənclər və gənclər təşkilatları daha geniş auditoriyalara təlimlər keçirmək, görüşlər təşkil etmək üçün təlim zalından, müxtəlif mövzularda 1500-dən çox kitabdan fayadalanmaq üçün kitabxanadan, təlim zamanı internet və bir sıra təlim vasitələrindən istifadə edə bilirlər.

Bununla yanaşı ARGTMŞ üzv təşkilatların inkişafı və onların kommunikasiya vasitələrinin sürətləndirilməsi və vahid bazadan idarə edilməsi üçün SMS və E-Mail xidməti yaradıb və istifadəyə verib. ARGTMŞ-nın üzv təşkilatlar üçün irəli sürdüyü digər bir xidmət isə PR xidmətidir. Bu xidmət vasitəsilə ARGTMŞ üzv təşkilatların məlumatlarını sosial şəbəkələr və KİV işıqlandırılmasına xidmət edir.

ARGTMŞ bu il ərzində ölkədə ilk dəfə olaraq 200-dən çox gənclər təşkilatının iştirak etdiyi Gənclər Təşkilatlarının I-ci milli Konqresini keçirmişdir. Həmçinin ARGTMŞ son bir il ərzində sırf olaraq gənclər təşkilatları ilə əlaqədar QHT-lərin İDarəedilməsi Akademiyası (QİDA), Azərbaycan Könüllülük Xidməti (AKX), Xətdə Sosial Şəbəkə Akademiyasının fəaliyyətinə start vermişdir. Bununla yanaşı ARGTMŞ gənclərin inkişafı və beynəlxalq əlaqələrin artırılması üçün Avropa Birliyinin “Gənclər Fəaliyyətdə” (Youth İn Action) proqramına, Avropa Birliyinin, Avropa Gənclər Forumunun, Avropa Şurasının və MDB ölkələri çərçivəsində keçirilən layihələrə qoşulub. Bu layihələr çərçivəsində ARGTMŞ 31 ölkədə 70 gənclər təşkilatının iştirakı ilə təmsil olunub.

Onu da bildirək ki, ARGTMŞ 2013-cü ildə qəbul etdiyi 3G strategiyası çərçivəsində həyata keçirdiyi layihələri də 2014-cü ildə də davam etdirəcək. Bununla yanaşı bir sıra yeni layihələr, ARGTMŞ-nın üzv təşkilatlarının elektron bazasının hazırlanması, yenilənən www.nayora.az saytının istifadəyə verilməsi, gənclər təşkilatlarının fəaliyyətlərinin potensialının öyrənilməsi üçün sosioloji araşdırmanın keçirilməsi planlaşdırırlır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm