Qurban bayramı günlərinin yol qurbanları – Statistika/Foto
Bizi izləyin

Qırmızı.az

Qurban bayramı günlərinin yol qurbanları – Statistika/Foto

Azərbaycanda Qurban bayramı günləri də yol qəzasız ötüşmədi.

Axar.az bayram günlərində “yol terroru”nun qurbanı olanların statistikasını hazırlayıb.

Son iki gün ərzində ölkə ərazisində müxtəlif qəzalar baş verib.

Oktyabrın 4-də İsmayıllı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İvanovka kəndinə çatmamış "Hyundai" markalı avtomobil yoldan çıxaraq kənardakı ağaclara çırpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb.

Avtomobil yüksək sürətlə hərəkət etdiyinə görə, sürücü döngədə idarəetməni itirib və avtomobil yol kənarındakı ağaclara çırpılıb. Avtomobildən sürücüdən başqa heç kim olmayıb. Sürücüyə hadisə yerindəcə ilkin tibbi yardım göstərilib.

***

Oktyabrın 4-də Bərdə rayonunun Şirvanlı kəndi ərazisində isə baş verən qəza zamanı 4 nəfər yaralanıb. Şamil Məmmədlinin idarə etdiyi VAZ 2107 markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Bu zaman sürücü və onun sərnişinləri - Nigar Məmmədli, 4 yaşlı Şəhriyar və 2 yaşlı Asiman xəsarət alıblar. Yaralılar kənd sakinlərinin köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib. Hazırda yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Rayon Polis Şöbəsinin əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar. İlkin ehtimala görə, qəzaya yağışlı hava şəraitində avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub.

****

Oktyabrın 5-də Yevlax-Ağdam magistral yolunda, Bərdənin Həsənqaya kənd ərazisində qəza baş verib. Qəza zamanı “Mercedes”lə VAZ-21 010 və VAZ-2106 markalı avtomobillər toqquşub. VAZ-2106 markalı avtomobilin sürücüsü yerindəcə keçinib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Ağdaşda isə bu gecə yol-nəqliyyat hadisəsi baş verib. FHN-in rəsmi saytının verdiyi xəbərə görə, rayonun Ağzıbir kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus "QAZ" markalı yük avtomobili idarəetməni itirərək kanala düşüb. Nəticədə avtomobildə olan qaz balonu alışıb. Avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gəncədə də yanğın hadisəsi qeydə alınıb. Şəhərin Nizami rayonunda "Fiat" markalı minik avtomobilində baş verib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm