Qırmızı.az
Nobel mükafatçıları Tibb Universitetində - FOTO
Azərbaycan Tibb Universitetində (ATU) IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, Nobel mükafatı laureatları – Ervin Neher və Kurt Vütrix ilə görüş keçirilib.
Universitetdən Publika.az-a verilən məlumata görə, görüşdə çıxış edən ATU-nun rektoru Əhliman Əmiraslanov Forumda müzakirə edilən mövzuların aktuallığından danışıb. Bildirib ki, Forum çərçivəsində ATU-nun təşkilatçılığı ilə oktyabrın 3-də keçirilən “dəyirmi masa”da tibb sahəsi üzrə son dərəcə aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə dünyada əldə olunmuş nailiyyətlər barədə məlumat verilib. Rektor diqqətə çatdırıb ki, Nobel mükafatı laureatları – Ervin Neherin və Kurt Vütrixin “dəyirmi masa”da məruzələri maraqla qarşılanıb.
Sonra Nobel mükafatçılarının elmdə əldə etdiyi uğurlar barədə məlumat verilib.
İon kanalları ilə bağlı apardığı tədqiqatlardan danışan almaniyalı Nobel mükafatçısı, professor Ervin Neyer bildirib ki, bu tədqiqatlar “insan biologiyası”nın öyrənilməsində, habelə bir sıra xəstəliklərlə mübarizədə böyük imkanlar açır.
Amerikalı Nobel mükafatçısı, professor Kurt Vütrix isə ötən əsrdəki fundamental tədqiqatların XXI əsrdə biologiya və tibbi diaqnostikada əhəmiyyətindən söz açıb. O, elmin qloballaşdığı bir dövrdə dünya alimləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Diskussiya şəraitində keçən görüşdə qonaqlar universitet müəllimlərinin suallarını cavablandırıblar.
Daha sonra qonaqlar ATU-nun Tədris Cərrahiyyə Klinikasını gəzib, Klinikanın Təlim-Treninq mərkəzi ilə tanış olublar.Onlar klinikada yaradılan şəraiti çox bəyəniblər.
Qeyd edək ki, ATU-nun Təlim-Treninq mərkəzi universitetin tələbələrinin və rezidentlərinin praktik bacarıqlara yiyələnməsi və klinik vərdişlərin təkmilləşdirilməsi üçün fəaliyyət göstərir. Mərkəz dünyada ən çox tət biq olunan maket və mulyajların, həmçinin kompüter simulyatorlarının son modelləri ilə təchiz olunub.
Tədbirin və Klinika ilə tanışılığın sonunda rektor Ə.Əmiraslanov Nobel mükafatı laureatlarına universitet adından hədiyyələr təqdim edib.
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA