Bakıda avtobus, Xırdalanda ev yandı
Bizi izləyin

Qırmızı.az

Bakıda avtobus, Xırdalanda ev yandı

Bu gün axşam saatlarında Xırdalanda fərdi yaşayış evində yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.

Bakıda isə avtobusda yanıb. Bakının Yasamal rayonunda TESLA" markalı sərnişin avtobusunun mühərrik hissəsində yanğın baş verib. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm