Qırmızı.az
11 minə yaxın vətəndaş nazirlik əməkdaşları tərəfindən qəbul edildi
Cari ilin yanvar-sentyabr ayları ərzində əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafiki"nə uyğun olaraq 9 rayon və şəhərdə (Lənkəran, Sumqayıt, Şirvan, Ağdam, Salyan, Şəki, Quba, Gədəbəy, Gəncə) vətəndaş qəbulu keçirilib. Qəbullar zamanı 44 rayon üzrə 617 nəfər (ötən ilin müvafiq dövrünə nisbətən 43 faiz çox) fərdi qaydada qəbul edilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, hesabat dövründə ƏƏSMN-nin rəhbərliyi və məsul şəxsləri tərəfindən qəbul edilən vətəndaşların ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çox, yəni 10 555 nəfər olub. Onlardan 948 nəfəri nazirliyin rəhbərliyi, o cümlədən 777 nəfəri nazir, 123 nəfəri nazir müavinləri, 48 nəfəri isə Aparatın rəhbəri tərəfindən qəbul edilib. Digər vətəndaşlar isə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri obyektiv şəkildə araşdırılaraq, müvafiq tədbirlər görülüb. Qəbullar zamanı ayrı-ayrı vətəndaşların müraciətlərinə uyğun olaraq sosial təminat növləri, müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı da həyata keçirilib, həmçinin sorğu xarakterli müraciətlərlə bağlı hüquqi izahatlar verilib.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi