Qırmızı.az
DYP toy karvanlarındakı qəzalarla bağlı videoçarx hazırladı (VİDEO)
Baş Dövlət Yol Polisi İdarəsi toy karvanlarında necə hərəkət etməyi öyrədən animasiya hazırlayıb.
Animasiyada toy karvanlarında hərəkət qaydaları izah olunur. Burada həm də Azərbaycandakı toy karvanlarında xarakterik qayda pozuntuları da əksini tapır və bunun təhlükəli tərəfləri izah olunur. Məsələn, svetoforun qırmızı işığında hərəkət, yolun hərəkət hissəsini nizamsız şəkildə zəbt etməklə və qarşı yola çıxmaqla digər avtomobillərə təhlükə yaratmaq kimi təhlükəli əməllər toy karvanlarında tez-tez rast gəlinən hallardır. Son vaxtlar toy karvanlarında baş vermiş qəzalarda bu amillərin də rolu az deyil.
DYP bu filmdə həmin qayda pozuntularının hansı nəticələrə gətirib çıxara biləcəyini izah edir və sürücüləri bundan çəkinməyə çağırır. Bu filmdə DYP sürücülərin və toy sahiblərinin nəzərinə çatdırır ki, yollardakı sıxlığı və toy mərasimi yerinə qədər olan məsafəni nəzərə alaraq toy karvanında maşınların sayını 6-dan çox etməsinlər. Eyni zamanda, toy karvanında olan avtomobillər mütəşəkkil şəkildə hərəkət edərkən yan-yana, dağınıq formada yox, yolun sağ hərəkət zolağı ilə bir cərgədə hərəkət etməlidir.
Qeyd edək ki, sentyabrın 29-da İsmayıllı rayonu ərazisində toy karvanında baş vermiş ağır qəzada 9 nəfər ölüb, 2 nəfər yaralanıb.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ