• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Milli Məclis 30-a yaxın qanun layihəsini müzakirə edəcək

Milli Məclis 30-a yaxın qanun layihəsini müzakirə edəcək

Oktyabrın 17-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iclasda “Hərbi qulluqçuların statusu haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Reklam haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Turizm haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Yol hərəkəti haqqında”, “Notariat haqqında”, “Sosial sığorta haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Ovçuluq haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.

Deputatlar Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında”, Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında”, Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında” əsasnamələrə dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçirəcəklər.

İclasda, həmçinin Əmək, Miqrasiya, Ailə, Cinayət-Prosessual məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR