ADU Böyük Britaniyanın Oksbric Təhsil Xidmətləri ilə anlaşma memorandumu imzaladı
Bizi izləyin

Qırmızı.az

ADU Böyük Britaniyanın Oksbric Təhsil Xidmətləri ilə anlaşma memorandumu imzaladı

Oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Böyük Britaniyanın Oksbric Təhsil Xidmətlərinin direktoru Con Florey və “Pearson” şirkətinin ölkədəki nümayəndəliyinin regional direktoru Nailə Rzayeva ilə görüşdü.

Qonaqları salamlayan rektor, professor Səməd Seyidov onları universitetdə görməkdən məmnun olduğunu dedi. O, Böyük Britaniya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin inkişaf etdiyini bildirdi. Rektor, professor Səməd Seyidov ADU-nun beynəlxalq əlaqələrinin sürətlə inkişaf etdiyini qeyd etdi. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor, professor Səməd Seyidov Esseks universiteti ilə əlaqələrin mövcudluğuna diqqət çəkərək Böyük Britaniya universitetləri ilə əlaqələrə toxunub əlaqələrin yüksək əməkdaşlıq səviyyəsində olduğunu və əməkdaşlığın getdikcə inkişaf etdiyini bildirdi. Beynəlxalq əməkdaşlığın inkişafına universitetin xüsusi önəm verdiyini deyən rektor bu əlaqələrin tələbələr üçün böyük əhəmiyyəti olduğunu dedi. O, ADU-nun bütün fakültələrinin beynəlxalq əməkdaşlıqdan bəhrələndiyini qeyd etdi. Rektor, professor Səməd Seyidov, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Azərbaycan təhsil sisteminin inkişafı üçün gördüyü işləri yüksək dəyərləndirdi. Səməd Seyidov dövlətin bu sahəyə xüsusi qayğısından, Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı sərəncamının bu istiqamətdə mühüm addım olduğunu vurğuladı. Rektor Səməd Seyidov, o cümlədən ADU-nun nəzdində fəaliyyət göstərən Dil xidmətləri mərkəzinin fəaliyyətindən, mərkəzin həyata keçirdiyi yeni ideyalardan söz açdı.

Səmimi qəbula görə təşəkkür edən qonaqlar Azərbaycanda və ADU-da olmaqdan məmnun olduqlarını bildirdilər. Böyük Britaniyanın Oksbric Təhsil Xidmətlərinin direktoru Con Florey Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişafından məmnunluğunu dilə gətirərək bu əməkdaşlığın davam etməsinin hər iki ölkə üçün əhəmiyyətli olduğundan söz açdı. Oksbric Təhsil Xidmətlərinin fəaliyyətindən və təklif etdiyi proqramlardan danışan direktor təmsil etdiyi təhsil ocağı ilə ADU arasındakı gələcək əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə etdi. O, bu istiqamətlərdə görülən işlərin ölkələrarası qarşılıqlı əməkdaşlığın inkişafında mühüm rolu oynayacağını sözlərinə əlavə etdi.

Görüşdə, həmçinin gələcək əməkdaşlığın inkişaf etdirilməsi, perspektivləri, gələcək fəaliyyət istiqamətləri müzakirələr aparıldı. Əlaqələrin inkişafına əminlik ifadə olundu.

Görüşdən sonra Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov və Pearsonun ölkədəki nümayəndəliyi, Böyük Britaniyanın Oksbric Təhsil Xidmətlərinin direktoru Con Florey arasında anlaşma memorandumu imzaladılar.

Qeyd edək ki, Azərbaycan Dillər Universiteti və Oksbric Təhsil Xidmətlərində İngilis dilinin tədris resursları, peşə keyfiyyətlərinin gələcək inkişafı və təminatı məqsədilə imzalanan Memorandumda qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, PTE-nin (Pearson Test of English) ümumi ingilis dili mərkəzinin idarəsi və inkişafı, qarşılıqlı tədris keyfiyyətinin inkişafı, akademik təhsil, o cümlədən ingilis dilinin xarici dil kimi tədrisinə dəstək məqsədilə ingilis dilinin öyrənilməsində köməkçi vasitələrlə təmin edilməsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm