Qırmızı.az
Sabah güclü şimal küləyi əsəcək, intensiv yağışlar yağacaq
Azərbaycanda uzun müddət davam edən mülayim hava şəraitindən sonra sabah günün ikinci yarısında hava kəskin dəyişəcək, temperatur 10-12 dərəcə enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a
bildiriblər ki, uzun müddət davam edən mülayim hava şəraitindən
sonra Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u günün ikinci
yarısından başlayaraq hava şəraitinin dəyişiləcəyi, axşama doğru
isə kəskinləşəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük
təşkil edəcək, axşama doğru yağış yağacaq, yarımadanın bəzi
yerlərində intensivləşəcək. Arabir güclənən cənub-qərb küləyi günün
ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecəyə doğru
bəzi yerlərdə şiddətlənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-17,
günün birinci yarısı 20-25, axşama doğru 10-12 dərəcə isti
olacaq.
Azərbaycanın bölgələrində sabah şimal və qərb rayonlarından
başlayaraq yağış yağacaq, şimşək çaxacaq. Bəzi yerlərdə yağış
arabir intensivləşəcək, güclü qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 11-16, günün birinci
yarısı 22-27, axşama doğru 12-17, dağlarda gecə 4-8, günün birinci
yarısı 12-17, axşama doğru 5-9 dərəcə isti olacaq.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi