Azad Rəhimov BMT-nin baş katibi ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Azad Rəhimov BMT-nin baş katibi ilə görüşüb

Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Baş Katibi cənab Pan Gi Munla görüşüb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüş zamanı oktyabr ayının 28-30 tarixlərində Bakı şəhərində keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Foruma son hazırlıq məsələləri müzakirə edilmiş, Forumun keçirilməsində göstərdiyi dəstəyə görə nazir Baş Katibə təşəkkürünü bildirmişdir. Azad Rəhimov görüşdə həmçinin ölkəmizdə həyata keçirilən gənclər və idman siyasəti, bu sahələrdə əldə olunan uğurlar və gələcək planlarla bağlı ətraflı məlumat vermişdir.

Gənclər və idman naziri eyni zamanda Bakı şəhərində 2015-ci ildə keçiriləcək İlk Avropa Oyunları və onlara hazırlıq haqqında məlumat vermiş, Oyunların Avropa qitəsində ilk dəfə keçirilməsnini mahiyyətini və əhəmiyyətini vurğulamışdır.

BMT-nin Baş Katibi Pan Gi Mun ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan işlərə yüksək qiymət vermiş, həyata keçirilən uğurlu siyasətin ölkəmizin inkişafına yönəldiyini vurğulamışdır. Ölkəmizin uğurlu geostrateji məkanda yerləşməsini və regionda tutduğu və oynadığı mühüm rolu vurğulayan Baş Katib ölkəmizdə bir çox mövzular üzrə beynəlxalq tədbirlərin keçirilməsini də müsbət qiymətləndirmişdir.

Sonda Baş Katib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə oz salamlarının çatdırılmasını xahiş edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm