Qırmızı.az
Nazirlik 28 uşağı ailələrinə qaytardı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) internat evlərindən 28 nəfər uşaq ailələrinə verilib. Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində həyata keçirilib. Uşaqlar doğma ailə mühitinə qaytarılıblar.
Bu ilin ötən dövründə nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrinə 165 nəfər dövlət himayəsinə götürülüb. Hazırda həmin sosial xidmət müəssisələrində 1024 nəfər şəxs tam dövlət himayəsində yaşamaqla, daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.
Dövlət himayəsinə götürülmüş şəxslərdən 716 nəfəri 18 yaşından
yuxarı şəxslər olmaqla nazirliyin Bilgəh Müharibə və əmək əlilləri
pansionatında, Şamaxı 1 saylı, Göygöl 8 saylı, Buzovna 9 saylı
ruhi-əsəb internat evlərində və Gəncə Pensiyaçılara Ərazi Sosial
Xidmət Mərkəzində yerləşdiriliblər. Qalan 308 nəfər isə sağlamlıq
imkanları məhdud 18 yaşadək uşaqlardır ki, onlar müvafiq olaraq
ƏƏSMN-nin xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün Şaqan 3 saylı
və Saray 7 saylı internat evlərində yaşayırlar.
Məlumatda həmçinin bildirilir ki, son illərdə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, bu müəssisələrdə uşaqlar üçün nümunəvi şərait də yaradılıb.
Gülnar
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi