Qırmızı.az
Milli Qəhrəman Mubariz Ibrahimov doğulduğu Biləsuvar rayonunda anıldı
Bu gün -Milli Qəhrəman Mübariz İbrahimovun doğum günündə respublikamızın hər yerindən onun ailəsini ziyarət edənlərin ardı-arası kəsilməyib.
Mübariz İbrahimov yaşasaydı bu gün onun 26 yaşı tamam olacaqdı.
Biləsuvar rayonunun Əliabad kəndinə- Mübariz İbrahimovun
doğulduğu müqəddəs ocağa gələn məktəblilər Milli Qəhrəmanın adına
sərgilənmiş guşəyə baxır, onun keçdiyi rəşadətli yolu özlərinə
nümunə götürürlər.
Biləsuvar və ətraf kəndlərdən bir qrup müəllim və şagird Mübariz
İbrahimovun yaşadığı evi ziyarət edib, burada qəhrəmnın
valideynləri ilə görüşüb ölümü ilə ölməzliyi qazanan şəhidin
xatirəsini anıblar .Mübarizlə qürür duyan valideynləri hər bir
məktəbliyə mübariz tək vətənpərvər, mərd, cəsur olmağı diləyiblər.
Sonra məktəblilərin ifasında milli qəhrəmana həsr olunan şeİrlər
səsləndirilib.
Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın
7-də Biləsuvar rayonunun Əliabad kəndində doğulub. Doğma kəndində
təhsil aldıqdan sonra hərbi xidmətdə olub.
Sonradan könüllü olaraq “N” saylı hərbi hissələrinin birində gizir
kimi xidmətə başlayıb. 2010-
cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi
istiqamətində gedən qeyri-bərabər döyüşdə təkbaşına onlarla erməni
əsgər və zabitini məhv edərək, Şəhidlik zirvəsinə
ucalıb./gun.az
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO