Abşeron yarımadasını adaya birləşdirən körpü tikilir
Bizi izləyin

Qırmızı.az

Abşeron yarımadasını adaya birləşdirən körpü tikilir

Abşeron yarımadasını Pirallahı adasına birləşdirən körpü tikilir.

Axar.az xəbər verir ki, aparılan inşaat işlərinin gələn ilin may ayına qədər bitməsi və istifadəyə verilməsi gözlənilir. Dövlət Proqramına əsasən, inşa edilən ada ilə yarımadanı birləşdirən körpünün beton dayaqlarının qurulması prosesi artıq bitib və hazırda üst aşırımlar tikilir.

Nəqliyyat infrastrukturuna daxil olan “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində əsas işlər sahil zolağında və dəniz akvatoriyasında da davam edir. Burada inzibati bina tikilir, həmçinin dənizdəki bəndin və estakada tipli körpünün svayları vurulur.

Ada ilə yarımadanı birləşdirəcək körpünün 2015-ci ilin may ayında başa çatdırılması nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm