Güc strukturlarının xanım generalları - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Güc strukturlarının xanım generalları - ARAŞDIRMA

Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Hospitalının həkimi, polkovnik Zərifə Əliyeva. Bundan əlavə, hazırda DSX-də onlarla polkovnik-leytenant və mayor rütbəli xanımlar xidmət edir.

Xəbər verildiyi kimi , ötən həftə keçirilən 50-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edən 4 Avropa ölkəsinin müdafiə nazirləri birlikdə şəkil çəkdiriblər.Müdafiə nazirlərinin müştərək özəlliyi dördünün də qadın olması idi.

Norveç, İsveç, Hollandiya və Almaniyanın müdafiə nazirlərinin birgə çəkilmiş fotoları yayıldı.

Şəkildə soldan sağa Norveçin müdafiə naziri 37 yaşlı İne Mari Eriksen-Syoreyde, İsveçin müdafiə naziri 47 yaşlı Karin Marta Elizabet Enstrom, Hollandiyanın müdafiə naziri 40 yaşlı Janin Antuanetta Hennis-Plasşert və Almaniyanın müdafiə naziri 55 yaşlı Ursula fon der Lyayen oturub.

Bəs Azərbaycanda nə qədər yüksək rütbəli hərbçi, kəşfiyyatçı , polis zabit var? Statistika göstərir ki, son illər Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda mayor, polkovnik-leytenant, polkovnik və general-mayor rütbələrində olan zərif cinsin nümayəndələrinin sayı artır.

Publika.Az-ın kiçik araşdırması zamanı məlum olub ki, hazırda bu sahədə 2 nəfər xanım general-mayor rütbəsi daşıyır.

Ümumiyyətlə isə rütbə (gizir, leytenant, baş leytenant, kapitan, mayor, polkovnik-leytenant, polkovnik və general-mayor) daşıyan xanımlar əsasən tibb və kargüzarlıq işlərində, o cümlədən xidmət, idarə və şöbə rəhbərləri vəzifələrində fəaliyyət göstərirlər.

Publika.Az Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda çalışan ən yüksək rütbəli və vəzifəli xanımları təqdim edir:

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) şöbə rəisi, polis-polkovniki Marina Nəsibova.

Bundan əlavə, hazırda DİN-nin polis sistemində 50-yə yaxın polkovnik-leytenant rütbəsində xanım çalışır.

DİN Daxili Qoşunların Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova. Daxili Qoşunlarda polkovnik-leytenant rütbəsində 10-a yaxın qadın xidmət edir.

Azərbaycan Müdafiə Nazirliyinin Poliklinikasının rəisi, polkovnik Rəna Sadıqova. Bundan əlavə, Müdafiə Nazirliyi sistemində yüzlərlə xanım xidmət edir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr Siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinova. Bundan əlavə, FHN-də onlarla polkovnik və polkovnik-leytenant rütbəsində xanım çalışır.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mirvətova.

Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Hospitalının həkimi, polkovnik Zərifə Əliyeva. Bundan əlavə, DSX-də onlarla polkovnik-leytenant və mayor rütbəli xanımlar xidmət edir.

Qeyd edək ki, hərbi hisslərdə xidməti vəzifələrin icrasına qadın mülki şəxslər də cəlb olunub. Belə ki, hərbi hissələrdə bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrasına mülki şəxslərin cəlb olunması həyata keçirilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm