Qırmızı.az
Təhsil Nazirliyindən internat müəssisəsi ilə bağlı açıqlama
Buzovna qəsəbəsində 13 saylı internat müəssisəsindən istilik sisteminin bərbad olmasıyla bağlı yayılan şəkillər həqiqəti əks etdirmir.
Ümumiyyətlə, Buzovna qəsəbəsində Təhsil Nazirliyinin tabeliyində 13 saylı internat müəssisəsi yoxdur.
Bunu Publika.az-a açıqlamasında Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib:
“Buzovna qəsəbəsində nazirliyin 8 saylı sanatoriya tipli internat müəssisəsi var. Həmin müəssisə Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir edilib. Hətta bir çoxlarımızın evində yaradılmayan şərait və istilik sistemi həmin müəssisədə var. İctimaiyyət bunu yaxın zamanda jurnalistlər üçün təşkil ediləcək media-turlar vasitəsilə bir daha görəcək”.
C.Valehov onu da əlavə edib ki, hazırda hər hansı təhsil müəssisəsində pəncərənin olmaması, normal şəraitin yaradılmaması inandırıcı deyil:
“Həmçinin Təhsil Nazirliyinin də tabeliyində olan bütün müəssisələrdə uşaqlar üçün bütün imkanlar yaradılıb. Heç bir müəssisədə o şəkillərdəki kimi görüntülərə rast gəlmək mümkün deyil”.
Qeyd edək ki, bu gün sosial şəbəkədə Buzovnada 13 saylı internat müəssisəsindən çəkildiyi iddia edilən şəkillər yayılıb. Yayılan məlumatda müəssisədə istilik sisteminin olmadığı yazılıb.
Gülxar
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?