• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Prokurorluq Misir Mərdanovun dindirilməsi ilə bağlı açıqlama verdi

Prokurorluq Misir Mərdanovun dindirilməsi ilə bağlı açıqlama verdi

“Saxta diplom qalmaqalı ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovun istintaqa dəvət olunacağı barədə kütləvi informasiya vasitlərində yer alan məlumatlar sensasiya xatirinə yayılıb”. Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov söyləyib.

“Kiminsə istintaqda dindirilməsi ilə bağlı əvvlcədən necə xəbər yaymaq olar? Kimsə "dindiriləcək", "həbs olunacaq", "istintaqa çağrılacaq" kimi xəbərləri yaymağa nə ehtiyac var? Səhv edirlər ki, əvvəlcədən elə informasiyaları yayırlar. Guya böyük şey olacaq? Əgər dindiriləsi olsa, bu barədə xəbər verərik. Vəzifəsindən asılı olmayaraq, hər kəs istintaqa çağrıla bilər. Amma bu xəbər barədə deyirəm ki, bu, sensasiya xatirinə yayılıb”,- deyə Eldar Sultanov vurğulayıb.

Xatırladaq ki, kütləvi informasiya vasitlərində “saxta diplom” qalmaqalı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan cinayət işi ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovun istintaqa dəvət olunacağı barədə məlumat yayılıb. Azərbaycan Müəllimlər İnstitutunun filialları və Gəncə Dövlət Universiteti tərəfindən verilən saxta diplomlar aşkarlanıb.

Məlumatlarda qeyd olunub ki, bununla bağlı Gəncə Dövlət Universitetinin rəhbərliyinə və Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlıya, eləcə də Təhsil Nazirliyinin bir sıra işçilərinə qarşı ciddi ittihamlar var, onlar haqqında araşdırma aparılır. Bu şəxslərin bəziləri artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dindiriliblər, bəzilərinin ifadəsi isə bu günlərdə alınacaq. /anspress/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR