Qırmızı.az
Qarabağ müharibəsi əlilləri ilə bağlı elektron baza yaradılıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar və onların sosial təminatı vəziyyətinə dair elektron məlumat bazası yaradılaraq, nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsinə yerləşdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə
əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, məlumat
bazasında Qarabağ müharibəsi əlillərinin hər biri ilə bağlı fərdi
məlumatlar (əlillik qrupları, o cümlədən dövlət hesabına mənzil,
minik avtomobili ilə təmin olunma vəziyyəti, yaxud bu təminat
növləri ilə təmin edilmək üçün növbədə olub-olmamasına dair qeydlər
və s.) əksini tapıb: "Elektron məlumat bazasının yaradılmasında
əsas məqsəd ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar
əlil olmuş vətəndaşların sosial vəziyyəti ilə bağlı informasiyaları
düzgün pasportlaşdırmaq və onların sosial ehtiyaclarını müəyyən
edərək aradan qaldırmaqdır. Belə ki, sistemləşdirilmiş
informasiyalar əsasında həmin şəxslərin hər birinin mövcud rifah
halı nəzərdən keçirilməklə, fərdi yanaşma üzrə onların konkret
ehtiyaclarına uyğun olaraq sosial müdafiələrinin gücləndirilməsi, o
cümlədən lazım gəldikdə sosial yardımlar vasitəsilə ailələrinin
maddi təminatlarının artırılması üçün məqsədyönlü tədbirlər
görüləcək.
Bu, eyni zamanda, nazirliyə və onun yerli strukturlarına hər hansı
təminat növü ilə təmin olunmaq üçün müraciət edən Qarabağ
müharibəsi əlilləri ilə bağlı aidiyyəti məlumatların operativ
şəkildə əldə edilərək, qısa vaxt ərzində müvafiq tədbirlərin
görülməsinə şərait yaradacaq. Bundan başqa, son vaxtlar bir sıra
mətbuat orqanlarında ümumi səbəbdən əlil olan vətəndaşların
özlərini cəmiyyətə Qarabağ müharibəsi əlili kimi təqdim etməsi kimi
xoşagəlməz hallara rast gəlinməkdədir. Yaradılan məlumat bazası bu
kimi halların qarşısının alınmasında da mühüm rol oynayacaq və belə
şəxslərin həqiqətən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə
əlaqədar əlil olub-olmamasını dərhal müəyyənləşdirməyə imkan
verəcək".
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi