Qırmızı.az
Kolleclərə və ali məktəblərə qəbulla bağlı əlavə qaydalar açıqlandı
Azərbaycanda həm ali məktəblərin, həm də kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər üçün qəbul qaydaları dəyişdirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, 2015-ci ildən 11 illik bazada kolleclərə qəbul olmaq istəyən və orta məktəbi 2015-ci ildə bitirən abituriyentlər buraxılış imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edə bilərlər. Orta məktəbi əvvəlki illərdə bitirən və yalnız kolleclərin müsabiqəsində iştirak etmək istəyən şəxslər də eksternat qaydada buraxılış imtahanında iştirak edə və buraxılış imtahanının nəticələrinə əsasən kolleclərin müsabiqəsində iştirak edə bilərlər. Ancaq həm ali təhsil müəssisələrinin, həm də kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı ərizə verib, müvafiq ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında iştirak etməlidirlər. Ali təhsil müəssisələrinə qəbulun nəticələri elan olunduqdan sonra həmin abituriyentlər kolleclərin müsabiqəsində iştirak edə bilərlər.
Qeyd edək ki, bu haqda daha ətraflı məlumat 1 saylı "Abituriyent" jurnalında təqdim olunacaq. Jurnalın gələn ilin əvvəlləri nəşr olunması nəzərdə tutulur.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu