Şou verilişlərində ailələrlə bağlı gənclərdə yanlış fikirlər formalaşdırılır
Bizi izləyin

Qırmızı.az

Şou verilişlərində ailələrlə bağlı gənclərdə yanlış fikirlər formalaşdırılır

Azərbaycanda kifayət qədər normal, sağlam ailələr var. Amma təəssüf ki, kütləvi informasiya vasitələrində bunun əksi göstərilir. Şou formasında olan verilişlərdə çox zaman dağılmış ailələr göstərilir. Bu, gənclərdə yanlış fikirlər formalaşdırır. Biz çalışmalıyıq ki, gənclər normal, sağlam ailələrdən nümunə götürsünlər.


Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 2 milyondan çox ailə var. Hər il ölkədə 80 mindən çox nikah bağlanır. Dövlət bu ailələrin hər birinə görə məsuliyyət daşıyır.


Komitə sədrinin fikrincə, ölkədə qadın və uşaq ölümlərinin, erkən nikahların, doğum zamanı ana və uşaq ölümlərinin sayının azalması dövlətin apardığı siyasətin nəticəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm