FHN “Koroğlu”da intihara cəhd edəni xilas etdi - Fotolar/Yeniləndi
Bizi izləyin

Qırmızı.az

FHN “Koroğlu”da intihara cəhd edəni xilas etdi - Fotolar/Yeniləndi

“Koroğlu” metrostansiyasının yaxınlığındakı asma körpüdə növbəti intihara cəhd hadisəsi yaşanır.

Axar.az xəbər verir ki, körpüyə çıxan bir nəfər kişi özünü atacağı ilə hədələyir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, polis əməkdaşları cəlb edilib. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

21:37

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrindən bir nəfər körpüyə çıxaraq intiharın qarşısını almağa çalışır.

***

21:45

FHN kranın xüsusi səbəti vasitəsi ilə körpüdə olan naməlum şəxsi xilas etmək istəsə də, həmin şəxs səbətə minməkdən boyun qaçırıb. Səbət aşağı endirilib, FHN-in körpüdə olan xilasedicisi isə intihara cəhd edən şəxslə danışıqlar aparırır.

22:20

FHN intihar etmək istəyən naməlum şəxsi xilas etməyə müvəffəq oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm