Sabah hava çiskinli, az yağıntılı olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah hava çiskinli, az yağıntılı olacaq

Noyabrın 30-da Azərbaycanda havanın temperaturu cüzi də olsa yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam çiskinli, az yağıntı olacağı gözlənilir. Gündüz arabir güclənən cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 6-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm