Qırmızı.az
İKT sahəsində çalışan qadınların peşəkar klubu yaradılır
Azərbaycanda İKT sahəsində çalışan qadınları əhatə edəcək ilk peşəkar qurum – Azərbaycan Qadınlarının İKT Klubu (AQİK / "FEMMES DIGITALES") yaradılır.
Publika.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, klubun yaradılmasında məqsəd dövlət və özəl sektorlarda, habelə ictimai fəaliyyət sahələrində İKT istiqaməti üzrə fəal olan qadınları və qızları bir araya gətirməkdir.
Klubun təsisçiləri və üzvləri öz şəxsi nümunələrindən çıxış
etməklə, praktiki təlimlər vasitəsilə azərbaycanlı qadınların
sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera
qurmaq üçün informasiya-kommunikasiya texnologiyalarının verdiyi
imkanlardan faydalanmaq istəyini təşviq etməyi planlaşdırırlar.
Azərbaycan hər zaman qadınlara geniş imkanların verilməsində
aparıcı rola sahib olmuşdur və bu gün də ölkənin dinamik və
rəqabətli İKT sektorunun inkişafında xidmət göstərən peşəkar
qadınların aparıcı rolunu tanıyır və dəstəkləyir. Bütün dünyada İKT
sahəsində bir sıra bacarıqlara artan tələbat qadın və qızların bu
sahədəki yerini lazımi səviyyədə müəyyənləşdirmək üçün geniş
imkanlar yaradır və uğur qazanmaqdan ötrü onların ixtiyarına lazımi
vasitələr təqdim edir.
Klubun təsisçiləri arasında Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, ITECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi,
"B.est Solutions", "Microsoft", "HP", "Azercell", "Bakcell",
"Azerfon", "BBTV", AGAT, ASAN, "Mont", "Art Scarves by Menzer
Hajiyeva" kimi şirkət və təşkilatlarda çalışan qadınlar təmsil
olunur.
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf