Qırmızı.az
TQDK Gəncədə seminar keçirib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Gəncə
regional bölməsində kimya və fransız dili fənləri üzrə
elmi-metodiki seminar keçirilib.
Publika.az-ın məlumatına görə, seminarda regional bölmənin
müdiri Nəsimi Məmmədov kurikulum əsasında hazırlanmış 7-ci sinif
dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə
məlumat verib.
Sonra TQDK tərəfindən qəbul imtahanlarında istifadə edilmiş test
tapşırıqlarının formaları və yeni təhsil proqramları müzakirə
olunub.
TQDK-nın şöbə müdiri Afiqə Batıyeva 2014-cü ildə ali təhsil
müəssisələrinə keçirilən qəbul imtahanlarında istifadə edilmiş test
tapşırıqlarının elmi-metodiki təhlilindən danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Telman Güləliyev
yeni təhsil proqramları əsasında hazırlanmış dərslik komplektinin
monitorinqi haqqında məlumat verib.
Daha sonra telekörpü vasitəsilə Azərbaycan Dillər
Universitetinin professoru Çəmən Babaxanovanın və Bakıdakı 232
nömrəli orta məktəbin müəllimi Ülviyyə Cəfərovanın müzakirə olunan
mövzu ilə bağlı məruzələri dinlənilib.
Gəncə, Göygöl, Qazax, Gədəbəy, Goranboy və Tovuz məktəbləri
müəllimlərinin çıxışlarından sonra mövzu ətrafında müzakirələr
aparılıb.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?